ELM VƏ TƏHSİL


BANM-də Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı olub

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni M4 qrupunun açılış mərasimi keçirilib. Mərasimdə BANM-in rektoru Elmar Qasımov, BP-də 20 ildən çox təcrübəyə malik, informasiya texnologiya və xidmətləri üzrə layihələrin qrup rəhbəri, eyni zamanda, Layihə İdarəetmə Məktəbinin müəllimi Faiq Nəsibov və M4 qrupunun tələbələri iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elmar Qasımov hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.

Ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçılar özləri haqqında qısa məlumat veriblər.

Layihə İdarəetmə Məktəbinin yeni M4 qrupunun iştirakçıları sırasına BP, KCADeutag, Azneft İB, Azərsu ASC, Samsung Engineering, Azərtexnolayn, “Akelik Group” ASC, ABB kimi şirkətlərin əməkdaşları daxildir.

Qeyd edək ki, SPM layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Onu uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM proqramı layihənin idarə olunması, layihə menecerləri üçün keyfiyyət, büdcənin, riskin idarə olunması, layihədə liderlik, layihə menecmentinin tətbiqi, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi 7 moduldan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.