ELM VƏ TƏHSİL


BANM-in tələbələri “SOCAR-KBR” MMC-də işə qəbul qaydaları barədə məlumatlandırılıb

Bakı, 13 mart, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-KBR” MMC-nin rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov “SOCAR-KBR” MMC-nin BANM-in tələbələrinə olan marağını yüksək qiymətləndirib. Rektor tələbələrə karyera və praktika imkanları yaratdığına görə şirkətin rəhbərliyinə minnətdarlığını bildirib.

“SOCAR-KBR” MMC-nin icraçı direktoru Alp Toqay Kurum tələbələrə şirkətin fəaliyyəti, məqsədi və iş prinsiplərindən danışıb, ali məktəbin ötənilki məzunları arasından işə götürülən gənclərin fəaliyyətindən razılığını ifadə edib. O, BANM ilə “SOCAR-KBR” MMC-nin əməkdaşlığının daimi olacağını bildirib.

Daha sonra şirkətin əməkdaşları David Ellis və Brüs Bakster üzərində çalışdıqları layihələr, eləcə də mühəndislik karyerasının inkişaf yolları haqqında tələbələrə məlumat veriblər. Şirkətin kadrlar üzrə meneceri Səidə Qurbanova isə karyera imkanları, tələbə təqaüd proqramları və bu proqramlara müraciət qaydaları barədə təqdimatla çıxış edib.

Nümayəndələr, həmçinin tələbələrin işləmək üçün müraciət və şirkətdə təcrübə keçməklə bağlı suallarını cavablandırıblar.

Sonra qonaqlar BANM-in kampusunda yaradılan infrastrukturla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.