İQTİSADİYYAT
BARAMAÇILIĞIN İNKİŞAFINA DİQQƏT ARTIR
Son illər Ağdaş rayonunda baramaçılıq intensiv surətdə inkişaf etdirilir. Bu, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, istehsal edilən məhsulun satınalma qiymətinin ildən-ilə artırılması ilə əlaqədardır. Rayon barama toxumu zavodundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda Ağdaşda baramaçılıqla məşğul olanların sayı 165 nəfərə çatmışdır. Cari ildə rayonda 3,5 ton barama istehsal edilmişdir ki, bu da inişilki göstəricidən 1 ton çoxdur. Satılan məhsulun hər kiloqramının alış qiyməti artıq 2 manata çatmışdır. Gələn il isə qiymətin 3 manat olacağı gözlənilir.
Baramaçılığın inkişafında əsas amil möhkəm yem bazasının yaradılmasıdır. Ötən il rayona 150 min ədəd çəkil gətirilmiş və kümçülərə pulsuz paylanmışdır. Qarşıdakı payız mövsümündə daha 50 min ədəd ting gətiriləcəkdir.
Gələn mövsümədək kümçülərin işini asanlaşdırmaq məqsədi ilə onlara beşmərtəbəli dəmir çarpayılar veriləcəkdir. Əldə edilmiş razılaşmaya əsasən Çindən 100-150 qutu daha sağlam və dözümlü ipəkqurdu toxumu alınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO
- 28.03.2024 [15:25]