REGİONLAR


BƏRDƏ TAXILÇILARININ UĞURLARI

Bərdə rayonunun taxılçıları məhsul yığımını uğurla başa çatdırmışlar. Qısa müddətdə 19 min 293 hektar sahənin məhsulu toplanmışdır.

Rayon icra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, 65 min ton taxıl tədarük olunmuşdur. Hər hektardan orta hesabla 33,2 sentner məhsul götürülmüşdür. Fermerlər akademik Cəlal Əliyevin yetişdirdiyi buğda sortlarını təsərrüfatlarında uğurla sınaqdan keçirmişlər. Toplanmış məhsuldan gələn il toxum kimi istifadə ediləcəkdir.

Biçin kampaniyasını başa vuran fermer və fərdi torpaq sahibləri zəmilərin küləşini toplayır, sahələri payızlıq dənli bitkilər səpini üçün indidən hazırlayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.