Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BƏRDƏ VƏ TƏRTƏR BÖLGƏSİ SEYİDLƏRİNİN, AĞSAQQALLARININ, ZİYALILARININ, MÜHARİBƏ VƏ ƏMƏK VETERANLARININ, ŞƏHİD AİLƏLƏRİNİN, QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNİN VƏ İCTİMAİYYƏTİN DİGƏR NÜMAYƏNDƏLƏRİNİN
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİ

Hörmətli cənab Prezident!

Azərbaycan tarixinin şanlı səhifələri, o cümlədən dövlət müstəqilliyimiz Sizin adınızla bağlıdır. Keçən əsrin 70-ci illərindən başlayaraq respublikamızda görülmüş əzəmətli quruculuq işləri Azərbaycanı mükəmməl inkişaf yoluna gətirib çıxarmış və müstəqil dövlətçiliyimiz üçün əvəzsiz baza rolunu oynamışdır. Respublika rəhbərliyinə yenidən qayıdışınız tariximizə Milli qurtuluş günü kimi daxil olmuşdur. Məhz Sizin sayənizdə çoxdandır ki, azad, asudə nəfəs alır, övladlarımızın sabahkı taleyi üçün nigaran qalmır, xalqımızın və dövlətimizin gələcəyinə inamla baxırıq.

Sizin müəyyən etdiyiniz demokratik, hüquqi və dünvəyi dövlət quruculuğu prinsipləri, bu istiqamətdə əsas götürülən siyasi xətt ölkəmizin beynəlxalq proseslərdə səmərəli iştirakına imkan yaratmış və dünya dövlətləri arasında layiqli yer tutmasına gətirib çıxarmışdır. Azərbaycanın taleyüklü problemləri bir-birinin ardınca öz həllini tapır. Zorla cəlb edildiyimiz müharibənin ağrılarını sərhədyanı bölgə olaraq Bərdə və Tərtər rayonlarında daha dərindən hiss edirik. Bütün bu ağrı açılara rəğmən Sizin atəşkəsə nail olmağınız, problemin sülh yolu ilə həllini əsas götürməyiniz bizi də razı salır. Ürəkdən inanırıq ki, bu yolun səmərəli mərhələsi hələ qarşıdadır. Bərdə və Tərtər ictimaiyyəti əmindir ki, Prezident kimi Sizin 10 illik fəaliyyətiniz xalqımızın milli maraqlarına, müstəqil dövlətimizin mənafeyinə tam cavab verir.

Cənab Prezident!

Siz bu bölgə ilə həmişə sıx bağlı olmusunuz. Yaşlı və orta nəsillər yaxşı xatırlayırlar ki, Siz 14 dəfə Bərdə rayonuna gəlibsiniz. Hər gəlişiniz bizim həyatımızda iz buraxıb, unudulmaz hadisəyə çevrilibdir. Sizin rəhbərliyiniz altında Azərbaycanın hər yerində olduğu kimi, bu bölgədə də çox böyük uğurlar qazanılmışdır. Kəndlərimiz, demək olar ki, yenidən tikilmişdir. Bərdədə ilk doqquzmərtəbəli bina, 1000 yerlik mədəniyyət sarayı, 16 hektarlıq abidə-park, müasir tələblərə tam cavab verən maliyyə, bank, rabitə, poliklinika, xəstəxana, sanatoriya, kino-teatr binaları və s. inzibati binalar, çoxmərtəbəli yaşayış evləri Sizin göstərdiyiniz diqqətin və əməli köməyin nəticəsidir. Belə yadigarlar Tərtərdə də az deyildir. Bu diqqət, eyni zamanda, yüzlərlə sadə adamın yaxasında ordenlərə, medallara çevrilibdir. Bərdənin sadə əmək adamlarından 4 nəfərinə yaxın keçmişin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanın qızıl ulduzu Sizin əlinizlə təqdim edilmişdir. Onlardan iki nəfəri hazırda bizimlədir və hər ikisi Prezident təqaüdçüsüdür.

Bərdə və Tərtər camaatı Sizin diqqətinizi, qayğınızı bu gün də yaxından hiss edir. Biz dərin razılıqla bildirmək istəyirik ki, bu qayğı və diqqət, eyni zamanda, ərazidə məskunlaşmış on minlərlə qaçqın və köçkün soydaşımızın məruz qaldıqları problemlərin və çətinliklərin aradan qaldırılmasına da şərait yaradır. Çoxdan yerli camaatla qaynayıb-qarışmış qaçqın və məcburi köçkün soydaşlarımız da əmindirlər ki, çətin günün ömrünə çox qalmayıbdır. Tezliklə torpaqlarımız işğaldan azad olacaq, onlar da doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa olunacaqdır.

Bir çoxumuz Sizinlə dəfələrlə bir salonda olmuş, görüşlərinizdə, söhbətlərinizdə iştirak etmişik. Siz də bu bölgənin adamlarına bələdsiniz, çoxumuzu şəxsən tanıyırsınız. Bu sıx və səmimi münasibət bizi həmişə sevindirmiş və ruhlandırmışdır.

Biz peşəkar siyasətdən uzaq adamlarıq. Buna baxmayaraq, ölkəmizdə və dünyada baş verən prosesləri bir-birindən ayırmağı, yaxşını pisdən, düzü əyridən seçməyi bacarırıq. Dövlətimiz və xalqımız üçün gördüyünüz işlər göz qabağındadır. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda çoxları buna yuxu kimi baxırdı. Halbuki, onun və digər neft müqavilələrinin səmərəsi xeyli vaxtdır ki, görünməkdədir. Sonralar Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Ərzurum qaz kəməri, qədim İpək Yolunun bərpası və digər təşəbbüslər də çoxlarına möcüzə kimi görünürdü. Bəli, bunlar doğrudan da möcüzələrdir, lakin reallaşan və reallaşmaqda olan möcüzələrdir. Yaxşı bilirik ki, ölkədə yaratdığınız siyasi sabitlik olmasaydı, bütün bunlar ən yaxşı halda arzu olaraq qalardı.

Bir aydan çoxdur ki, 2003-cü ilə qədəm qoymuşuq. Bu il seçim ilidir. Yeni il bizim hər birimiz üçün yeni ümidlər doğurur. Dövlətimiz müharibə şəraitində olsa da, möhkəmlənmişdir. Büdcəmiz kifayət səviyyədə formalaşmış və sosial yönüm almışdır. Bütün bu nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlərimiz, çətinliklərimiz də hələ çoxdur. Biz yekdilliklə belə düşünürük ki, Sizin zəngin siyasi və dövlətçilik təcrübənizə, müdrikliyinizə, qeyri-adi biliyinizə və bacarığınıza xalqımızın, müstəqil respublikamızın, dövlətimizin hələ çox ciddi ehtiyacı vardır. Gələcəyə ümidimiz nə qədər böyük olsa da, bu milli ehtiyac bizi bir daha dərindən düşünməyə, götür-qoy etməyə vadar edir.

Cənab Prezident!

Siz dəfələrlə tarixin ağır sınaqlarından çıxmış müdrik adamsınız. Yəqin ki, bizi daha yaxşı başa düşürsünüz. İşlədiyiniz bütün illərdə həmişə xalqın səsini eşitmisiniz. Xalqımızın bir hissəsi olaraq biz, növbəti prezident seçkilərində Sizin namizədliyinizi irəli sürməyi qərara almışıq. Bu, Bərdə və Tərtər camaatının, demək olar, yekdil fikridir. Bizi belə bir rəyə gəlməyə ölkəmizin və xalqımızın gələcəyi vadar edir. Ona görə də müraciətimizi qəbul etməyinizi, 2003-cü ilin prezident seçkilərində namizədliyinizin bizim tərəfimizdən irəli sürülməsinə razılıq verməyinizi xahiş edirik.

Sizə möhkəm cansağlığı, dövlətçiliyimizin inkişafı yolunda uğurlar arzulayırıq.

Seyid Yusif ağa - Seyid Hüseyn ocağı

Seyid Qurban - Seyid Mövsüm ocağı

Seyid İsa ağa - Seyid Fuğara ocağı

Seyid Əli ağa - Seyid Manaf ocağı

Seyid Əyub ağa - Seyid ocağı

Seyid Yusif ağa - Seyid Mirpaşa ocağı

Seyid İkram ağa - Seyid Mirpaşa ocağı

Seyid Yusif ağa

Seyid Asif ağa - Seyid Əsəd ocağı

Seyid İslam ağa - Seyid Məhəmməd ocağı

Seyid İsa ağa - Seyid İmran ocağı

Seyid İsa ağa - Seyid Bəhmən ocağı

Seyid Vaqif ağa

Seyid Əskər ağa - Seyid Müzəffər ocağı

Seyid Mirdamət ağa - Seyid Həsənağa ocağı

Seyid Səlim ağa - Seyid Ağababa ocağı

Seyid İsmayıl ağa

Seyid Cahid ağa - Tərtər

Seyid Əli ağa - Güloğlular

Seyid Abbas ağa - Seyid Məcid ocağı

Seyid Miryaqub

Seyid Akif ağa - Seyid İsmayıl ocağı

Seyid Cəmil ağa - Seyid İsmayıl ocağı

Seyid Miri ağa - Seyid Ağa ocağı

Seyid Qafar ağa - Seyid Əli ocağı

və başqaları cəmi 310 imza.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir