İQTİSADİYYAT


“BARMEK AZƏRBAYCAN” ŞİRKƏTİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR

Konfransda bildirildi ki, “Barmek Azərbaycan” şirkətinin Bakıda 467 min abunəçisi var və hər ay onlardan yalnız 170-175 mini enerji pulunu vaxtında ödəyir. Qalan 280-285 min abunəçi isə haqqı ödəməkdən yayınır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, mətbuat konfransında Barmekdə 5 min nəfərin çalışdığı və onların Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkənin şimal bölgəsindəki 6 rayona xidmət etdikləri diqqətə çatdırıldı. Qeyd olundu ki, Barmek Bakı şəhərində 5 kiçik, yerli kəsim şirkəti ilə müqavilə imzalamışdır. Bu şirkətlərin işçiləri, xəbərdarlıqlara baxmayaraq enerji pulunun ödənişini həddindən artıq gecikdirən abunəçilərin elektrik xəttini kəsməklə məşğuldurlar. Keçən ay kəsim şirkətləri tərəfindən 13 min 350 abunəçinin işığının kəsildiyi və bu əməliyyatların Barmekin hazırladığı xüsusi təlimat əsasında aparıldığı mətbuat konfransı iştirakçılarının nəzərinə çatdırıldı.

Şirkətdə əhalinin müraciətlərinə həssaslıqla yanaşıldığı və hər gün 400-450 abunəçinin şikayətlərinə baxıldığı da qeyd edildi. Əhali bilməlidir ki, elektrik enerjisi də əmtəədir, ondan istifadə üçün haqq ödənilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.