“BARMEK” PROBLEMLƏRİ MÜZAKİRƏ EDİR
AzerTAg.az
Martın 3-də “Barmek” Elektrik Şəbəkəsində keçirilən geniş müşavirədə qış mövsümündə üzə çıxan problemləri yaz-yay aylarında tamamilə aradan qaldırmaq məqsədi ilə hazırlanan tədbirlər planı müzakirə olunmuşdur.
“Barmek”in mətbuat xidmətindən bildirmişlər ki, şirkətin rəhbərliyi ilə yanaşı, Bakı və Sumqayıt elektrik şəbəkələri regional idarələrinin rəhbərlərinin də iştirak etdiyi müşavirədə texniki məsələlərə daha çox diqqət yetirilmişdir. Xüsusilə, istismar vaxtı ötmüş transformatorların əsaslı təmiri, yaxud dəyişdirilməsi, yararsız hala düşmüş yeraltı kabellərin və hava xətlərinin təzələnməsi qərara alınmışdır.
Müşavirədə sayğacların quraşdırılması, onlara nəzarət mexanizmi və digər cari məsələlər barədə də söhbət getmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var