İDMAN
BASKETBOLÇULARIMIZ AVROPA “İNKİŞAF KUBOKU” UĞRUNDA YARIŞLARIN YARIMFİNALINDADIR
AZƏRTAC xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada kişi basketbol yığma komandaları arasında keçirilən Avropa “İnkişaf kuboku” uğrunda yarışlar davam edir.
Səkkiz komandanın iki yarımqrupda mübarizə apardığı yarışlarda Azərbaycan basketbolçuları “B” qrupunda Albaniya, Uels və San Marino yığmaları ilə qarşılaşmışdır. Uelsi 82:62, San Marinonu 86:74 hesabı ilə məğlub edən, Albaniyaya 59:87 hesabı ilə uduzan yığma komandamız yarımfinala vəsiqə qazanmışdır. Qrupdan çıxan digər komanda isə Albaniya yığması olmuşdur. “A” qrupundan isə yarımfinala Moldova və Andorra basketbolçuları çıxmışlar. İyunun 2-də yarımfinalda Azərbaycan-Moldova, Andorra-Albaniya oyunları olacaqdır.
Xatırladaq ki, 2004-cü ildə keçirilmiş Avropa “İnkişaf kuboku” yarışlarında baş məşqçi Rimas Kurtinaytisin yetirmələri qrupdan çıxa bilməmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]