İDMAN
BASKETBOL ÇEMPİONATININ NÖVBƏTİ OYUNLARI OLMUŞDUR
Altı turdan sonra yarış cədvəlinə 12 xalla “Qala” başçılıq edir. “Qərb Universiteti” və “Aztop” komandaları hərəyə 10 xalla 2-3-cü yerləri bölüşürlər.
Qadınların çempionatında üç oyun olmuşdur: “Xəzər Universiteti”-“Məşəl-1” - 50:44, “Məşəl-2”-Qaradağ rayon UGİM - 88:49, Nərimanov rayon UGİM-Sumqayıt şəhər UGİM - 63:40.
Dörd turdan sonra “Məşəl-1”in 8, “Xəzər Universiteti” və “Məşəl-2”nin hərəyə 7 xalı vardır.
Yeniyetmə basketbolçuların oyunlarında əldə olunmuş nəticələr isə belədir: Qaradağ rayon UGİM-“Spartak” İC - 68:45, “Renat” İK-Xətai rayon UGİM - 56:65, “Təhsil” RİM-Sabunçu rayon UGİM - 62:36.
Altı turdan sonra “Təhsil” RİM 15 xalla yarış cədvəlində birinci, Xətai rayon UGİM 14 xalla ikinci, Qaradağ rayon UGİM isə 11 xalla üçüncü yeri tuturlar.
Növbəti turun görüşləri yanvarın 14-də olacaqdır.