İDMAN


BASKETBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONATINDA NÖVBƏTİ OYUN KEÇİRİLİB

Mayın 6-da Milli Olimpiya Komitəsinin idman kompleksində basketbol üzrə milli çempionatın üçüncü final oyunu keçirilmişdir. Meydançaya üçüncü yer uğrunda mübarizə aparan “Azəri” və “Qərb Universiteti” komandaları çıxmışlar.

Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu oyunadək rəqiblərin hərəsi bir görüşdə qalib gəlmişdir. Gərgin mübarizə şəraitində keçən görüşdə “Azəri” basketbolçuları qələbə qazanmışlar.

Beləliklə, onlar ümumi hesabda irəlidədirlər - 2:1. Bürünc medala sahib olmaq üçün “Azəri” növbəti oyunda qalib gəlməlidir. Əgər komanda məğlub olarsa, seriyanın qalibi beşinci oyunda müəyyən ediləcəkdir.

Xatırladaq ki, çempion adı uğrunda “Qala” və BİM komandaları mübarizə aparırlar. Olimpiya çempionu Rimas Kurtinaytisin yetirmələri – “Qala” idman klubunun oyunçuları iki görüşdə böyük üstünlüklə qələbə qazanmışlar. “Qala” ikinci dəfə çempion olmaq üçün - mayın 8-də keçiriləcək üçüncü oyunda qalib gəlməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.