MƏDƏNİYYƏT


BƏSTƏKARLAR İTTİFAQININ PLENUMU KEÇİRİLƏCƏKDİR

Martın 7-də Kamera və orqan musiqisi zalında Bəstəkarlar İttifaqının növbəti plenumu keçiriləcəkdir. Plenumda Azərbaycan bəstəkarlarının yeni əsərləri səsləndiriləcəkdir. 

İttifaqın məsul katibi Lalə Hüseynovanın sözlərinə görə, xalq artistləri Vasif Adıgözəlovun violonçel və simfonik orkestr üçün konserti, Arif Məlikovun 7 saylı simfoniyası, Tofiq Bakıxanovun 6 saylı skripka və simfonik orkestr üçün konserti, Aqşin Əlizadənin xor və simfonik orkestr üçün “Ana torpaq” odası, bəstəkarlardan Nazim Quliyevin “Nəqşi-cahan” tar və simfonik orkestr üçün konserti, Sevda İbrahimovanın “Həqiqət üzüyü” operasından parçalar, Azər Dadaşovun 9 saylı simfoniyası, Rauf Əliyevin xor və simfonik orkestr üçün “Azərbaycan” odası, Ceyhun Allahverdiyevin “Mənzərə” pyesi və Rüfət Ramazanovun “Nəimi” dramatik musiqisi ilk dəfə bu plenumda ifa olunacaqdır.

Həmin əsərləri xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri, əməkdar incəsənət xadimi Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Dövlət xor kapellası, xalq artisti Ramiz Quliyev, əməkdar artistlər Həsən Enami, Əkrəm Poladov və başqaları ifa edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.