İDMAN
BAŞ MƏŞQÇİ VAQİF SADIQOV ÖZ SEÇİMİNİ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, FİFA ilin 3 ən yaxşı oyunçusu nominasiyası üzrə dünyanın 30 futbolçusunun namizədliyini irəli sürmüşdür. Mövcud qaydalara uyğun olaraq, üç yer üzrə oyunçu seçimini yalnız yığma komandaların baş məşqçiləri və kapitanları etməlidirlər.
Milli yığma komandamızın baş məşqçisi Vaqif Sadıqov 1-ci yerə Braziliya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Ronaldinyonu, 2-ci yerə İngiltərə yığmasının və “Liverpul” komandasının orta xətt oyunçusu Stiven Cerrardı, 3-cü yerə isə “İnter”in braziliyalı müdafiəçisi Adrianonu layiq görmüşdür.
Yığmamızın kapitanı, hazırda Türkiyənin “Kayserispor” komandasının oyunçusu olan Rəşad Sadıqov da bu günlərdə öz seçimini edəcəkdir.
Ən yaxşı oyunçu dekabrın 19-da “Brilyant top”la mükafatlandırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]