İDMAN


BATE futbol klubu on beşinci dəfə Belarus çempionu olub

Bakı, 5 noyabr, AZƏRTAC

BATE futbol komandası Belarus çempionatının 27-ci turunda “Neman”a qarşı oyundan sonra növbəti dəfə ölkə çempionu olub.

AZƏRTAC xəbər verir ki, Borisov təmsilçisi çempionatın bitməsinə üç tur qalmış 69 xalla çempionluğunu rəsmiləşdirib.

BATE-“Neman” oyunu meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Qeyd edək ki, Belarus klubu ardıcıl 13-cü, ümumilikdə isə 15-ci dəfə ölkə çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.