BATUMİDƏ İQTİDARI DƏSTƏKLƏYƏN MİTİNQ KEÇİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident Eduard Şevardnadzenin Batumiyə gəlməsi ilə əlaqədar burada ölkə iqtidarını dəstəkləyən izdihamlı mitinq keçirilmişdir.
Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidze mitinqdə çıxış edərək, Gürcüstanın mərkəzi hakimiyyət orqanlarını ölkədə qarşıdurmanın güclənməsinə yol verilməməsi üçün konkret tədbirlər görməyə çağırmışdır. O demişdir: “Bəzi siyasətçilərin dövlətçiliyin əsaslarını laxlatmağa can atmalarını soyuqqanlıqla seyr etmək olmaz, sabitliyin və asayişin qorunub saxlanması üçün qanunda nəzərdə tutulan tədbirləri görmək lazımdır”. A.Abaşidze radikal müxalifət “Milli hərəkat” təşkilatının liderlərini “bütün Gürcüstan üçün təhlükəli adamlar” adlandırmışdır.
Prezident E.Şevardnadze iqtidarı dəstəklədiklərinə görə mitinq iştirakçılarına təşəkkürünü bildirərək bəyan etmişdir ki, “Gürcüstan demokratiya və qanunçuluq yolundan dönməyəcəkdir”.
Xəbərin mətnində orfoqrafik səhv var