MƏDƏNİYYƏT


BATUMİDƏ “MUZEY - MƏDƏNİ TURİZM” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSI KEÇİRİLİR

Bakı, 26 iyul (AZƏRTAC). Gürcüstanın Batumi şəhərində “Muzey - mədəni turizm” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

Konfransın işinə Avropa və Qafqazda muzey işi ilə məşğul olan 40-dan çox ekspert qatılmışdır. Ekspertlərin sırasında Gürcüstanla yanaşı, Türkiyə, Azərbaycan, Ukrayna və digər ölkələrin muzeylərinin nümayəndələri vardır.

Konfrans iştirakçıları tədbirin ilk günündə “Mədəni turizmin həyata keçirilməsi və turistlərə müasir üsullarla xidmət və infrastrukturun inkişafı” mövzusunu müzakirə etmişlər.

Tədbirin məqsədi Avropa və Qafqazda fəaliyyət göstərən muzeylərin yaxınlaşmasına kömək etmək və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirməkdir.

Beynəlxalq konfransa iyulun 27-nə yekun vurulacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.