CƏMİYYƏT


BAVARİYADA “XİLAFƏT DÖVLƏTİ TƏŞKİLATI”NIN ÜZVÜ OLAN 22 MÜHACİR HƏBS EDİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri Almaniyanın DPA agentliyinə istinadla xəbər verir ki, Bavariya təhlükəsizlik qüvvələri federal əyalətin müxtəlif şəhərlərində qanunsuz fəaliyyət göstərən islamçı ekstremist təşkilatlar və qruplaşmalarda üzvlükdə şübhəli bilinən mühacirlərə qarşı təzyiqləri daha da artırmışlar.

Bavariya ədliyyə idarəsinin bu barədə son məlumatında bildirilir ki, polisin xüsusi təyinatlı əməliyyat qrupu əyalətin İnqolştadt və Şvabax şəhərlərində qadağan olunmuş “Xilafət dövləti təşkilatı”nın fəal üzvü olmaqda şübhəli bilinən 22 nəfəri həbs etmişdir. Həbs edilənlərin bir ildir ki, ekstremist terrorçu qurum kimi ləğv olunmuş “Xilafət dövləti təşkilatı” ilə əlaqələrinin olması və təşkilatın rəhbəri Mətin Kaplanın tutularaq Türkiyə tərəfinə təhvil verilməsindən sonra onun əməllərini davam etdirmələri güman olunur.

Həbs edilənlərin məskunlaşdığı 26 mənzil və məxfi obyektdə axtarış zamanı ekstremizmi təbliğ və təşviq edən materiallar və digər sənədlər aşkar olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.