İDMAN
“BAVARİYA” VƏ “TURBİNA” NÖVBƏTİ DƏFƏ BUNDESLİQA KUBOKUNUN SAHİBİ OLMUŞLAR
Xatırladaq ki, “Bavariya” hazırda Almaniya super-bundesliqasının da lideridir və turnir cədvəlində 70 xalla öndə gedir. Münxenlilər çempionatın sona çatmasına bir neçə tur qalmış onları daban-dabana izləyən ənənəvi rəqibləri – “Hamburq” (65 xal), “Bremen” (61 xal), “Schalke 04” (55 xal) və “Leverkusen”dən xeyli irəli çıxmışlar. Bavariyalıların yaxın günlərdə ölkə çempionu elan olunması faktı artıq qaçılmazdır.
Aprelin 29-da Berlinin əzəmətli Olimpiya stadionunda keçirilən kubok final matçında rəqibi - Frankfurtun “Eintracht” komandasına 1:0 hesabı ilə qalib gələn “Bavariya” kubokun sahibi olmuşdur.
Bu qələbə “Bavariya”nın Almaniya futbolu tarixində ilk dəfə “xet-dubel” - iki il bir-birinin ardınca həm ölkə çempionu, həm də kubokunun sahibi olması şansını artırmışdır.
Elə həmin gün Berlin stadionunda keçirilən qadınların bundesliqa kubokunun finalında Almaniyanın və Avropanın ən güclü qadın futbol komandaları - Potsdamın “Turbina” və Frankfurtun “FC-Frankfurt” kollektivləri qarşılaşmışlar. Ənənəvi rəqiblərinə 2:0 hesabı ilə qalib gələn “Turbina” ölkə kubokunun sahibi olmuşdur.