MƏDƏNİYYƏT
“BƏYAZ HƏYAT”IN... QRAN-PRİ MÜKAFATI
Azərbaycan kinorejissoru Rahim Sadıqbəylinin çəkdiyi “Bəyaz həyat” serialı Yaltada keçirilmiş televiziya və bədii filmlərin 6-cı Beynəlxalq müsabiqəsində “Qran-Pri” mükafatına layiq görülmüşdür.
Rejissor Rahim Sadıqbəyli AZƏRTAC-ın müxbirinə demişdir ki, 28 ölkənin iştirak etdiyi müsabiqədə 8 saatlıq “Bəyaz həyat” filminin 105 dəqiqəlik qısaldılmış və rus dilinə tərcümə olunmuş variantı nümayiş etdirilmişdir.
Qeyd olunmuşdur ki, müsabiqədə “Bəyaz həyat” yalnız fəxri mükafat qazanmaqla kifayətlənməmiş, sərfəli təkliflər də almışdır. Əldə olunmuş razılaşmaya əsasən yaxın günlərdə “Bəyaz həyat” serialı Rusiyanın “Kanal 6” və “NTV+Kino” televiziyaları vasitəsilə yayımlanacaqdır.
Eyni zamanda “Bəyaz həyat” serialı Türkiyənin “Kanal D”, Şimali Kipr Respublikasının “Bayraq” kanalları və Misir televiziyası tərəfindən də tamaşaçılara nümayiş etdiriləcəkdir.