BAYRAM SOVQATI PAYLANILMIŞDIR
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri müqəddəs Ramazan bayramı münasibətilə Bərdə rayonunun Lənbəran kəndindəki taxılçılıq birliyində məskunlaşmış 70 kəlbəcərli məcburi köçkünə ərzaq məhsullarından ibarət bayram sovqatı paylamışlar. Bundan əlavə, şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə, müharibə veteranına və köçkün məktəbinə 5 ədəd xalça hədiyyə edilmişdir.