SİYASƏT


BAZAR GÜNÜ MƏKTƏBLƏRİ ARASINDA MÜSABİQƏ

Almatıdakı Azərbaycan, alman, tatar, Koreya, çeçen, inquş, qaracay, balkar və Polşa mədəniyyət mərkəzlərinin nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri arasında müsabiqə keçirilmişdir.

Müsabiqədə şagirdlər mənsub olduqları xalqın adət-ənənələrini, milli mətbəxini, milli rəqslərini nümayiş etdirmiş, ana dilində və qazax dilində şerlər söyləmiş, xalq mahnılarını oxumuşlar. Bu müsabiqədə on dörd soydaşımız iştirak etmişdir.

İradə Həsənovanın hazırladığı Azərbaycan milli xörəkləri bu nominasiyada baş mükafata layiq görülmüşdür. Leyla Allazovanın rəhbərlik etdiyi rəqs qrupu və xalq mahnılarının ifaçısı Nailə Əmrahova bu nominasiyalarda birinci yeri tutmuşlar. Zemfira Zindabani S.Vurğunun “Azərbaycan” şerinin ifasına, Elnarə Tağıyeva isə Azərbaycan mövzusunda çəkdiyi şəkillərə görə ikinci yerə layiq görülmüşlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.