DÜNYA
“BB Energy” Türkiyədə “Citypet”in əsas səhmdarı olub
Bakı, 6 avqust, Nihad Budaqov, AZƏRTAC
Livanlı Bassatne ailəsinə məxsus və mərkəzi ofisi Londonda yerləşən enerji şirkəti “BB Energy” Türkiyədəki maye yanacaq paylama bazarına girib.
AZƏRTAC “denizhaber.com.tr”yə istinadla xəbər verir ki, dünyanın ən böyük neft ticarətini reallaşdıran şirkətlərindən biri olan “BB Energy” mərkəzi ofisi Ankarada yerləşən “Lokal Grup”a məxsus “Citypet”in 51 faiz hissəsini alaraq şirkətin əsas səhmdarı olub.
Türkiyənin ən gənc maye yanacaq şirkətlərindən biri olan “Citypet” 2014-cü ildə fəaliyyətə başlamasına baxmayaraq yanacaqdoldurma stansiyası şəbəkəsini keçən il qurub. 2015-ci ildə 30 stansiya açan şirkət bu ilin sonunadək 60 yanacaqdoldurma stansiyası açmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
- 29.03.2024 [14:34]
Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər
- 29.03.2024 [13:24]
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
- 29.03.2024 [13:17]