ELM VƏ TƏHSİL
BDU: “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsi
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində olmalıdır. Esselər, müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə noyabrın 3-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər. Təqdim olunan esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblərə diplom və pul mükafatı veriləcək. Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Əlavə məlumat üçün: (+994 50) 966 06 07, e-mail: [email protected]