ELM VƏ TƏHSİL


BDU: Biologiya fakültəsinin əməkdaşları Qızılağac və Hirkan Milli Parkında tədqiqatlar aparıblar

Bakı, 16 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin əməkdaşları Qızılağac və Hirkan Milli Parkında tədqiqatlar aparıblar.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədqiqat zamanı son illər ətraf mühitdə baş verən təbii və antropogen dəyişikliklər, qlobal istiləşmə probleminin biomüxtəlifliyə təsiri və nəticədə yaranmış hazırkı vəziyyət müşahidə olunub.

Qızılağac Milli Parkında Kiçik Qızılağac körfəzini Böyük Qızılağac körfəzi ilə birləşdirən Balıqötürən, Qəza və Kürütökmə kanallarında da müşahidələr aparılıb. Kiçik Körfəzə axan Viləş çayının deltasında sel vasitəsilə gələn müxtəlif növ ağac və kol bitkilərdən formalaşmış meşə örtüyü, formalaşan flora və fauna növləri kompleks parametrlər üzrə müqayisəli təhlil edilib.

Tədqiqat müddətində, həmçinin Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşrinə daxil edilməsi nəzərdə tutulan bitki və heyvan növlərinə aid materiallar toplanıb. Hirkan Milli Parkında Xanbulan dəryaçasına yaxın ərazilərdə flora və fauna növləri təhlil olunub. Ərazi üçün xarakterik olan endemik və relik flora və fauna növlərinə təbii və antropogen amillərin təsiri analiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.