ELM VƏ TƏHSİL


BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır

Bakı, 18 iyul, AZƏRTAC

Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Rio-de-Janeyro Federal Universiteti 1920-ci ildə təsis edilib. Universitetdə iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi və ədəbiyyat fakültələri, bir neçə tədris və elmi-tədqiqat institutları, o cümlədən Qafqazşünaslıq Mərkəzi fəaliyyət göstərir.

Bu fikirləri Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetinin (BDU rektoru Elçin Babayevlə görüşündə bildirib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Braziliya universitetləri ilə əməkdaşlığın yaradılması məsələləri müzakirə edilib. Rektor Elçin Babayev Rio-de-Janeyro Federal Universiteti və bu ali təhsil ocağındakı Qafqazşünaslıq Mərkəzi ilə əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Rio-de-Janeyro Federal Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması, birgə tədqiqatların aparılması, seminar və konfransların keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri kimi məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.