ELM VƏ TƏHSİL


BDU Elmi Kitabxanasının direktoru akademik kitabxanaların fəaliyyətinə dair vebinarda iştirak edib

Bakı, 25 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinarda iştirak edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, vebinara Türkiyə universitetləri (Marmara Universiteti, Yozgat Bozok Universiteti, Kastamonu Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Artvin Çoruh Universiteti, Boğaziçi Universiteti) və Azərbaycanın ali təhsil müəssisələrinin kitabxana rəhbərləri qatılıb.

“Zoom” proqramı üzərindən keçirilən tədbirdə türkiyəli mütəxəssislərin təqdimatında Dördüncü Sənaye İnqilabının kitabxana işinə və kitabxanaların fəaliyyətinə təsirindən bəhs edən müxtəlif mövzular müzakirə olunub. Kitabxanalarda yeni texnoloji həllər və innovasiyalar, smart kitabxanaların formalaşması, beynəlxalq məlumat bazaları, onların kitabxanalarda ortaq istifadəsi və analitik təhlillərin aparılması, ölkədaxili və beynəlxalq kitabxanalararası resurs mübadiləsinin təşkili və s. kimi məsələləri əhatə edən təqdimatlar maraqla dinlənilib.

Sonda BDU-nun Elmi Kitabxanasının direktoru çıxış edərək aktual mövzularda təqdimatlara görə türkiyəli mütəxəssislərə və UNEC Kitabxana-İnformasiya Mərkəzinin rəhbərliyinə təşəkkür edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.