ELM VƏ TƏHSİL


BDU: İqtisadiyyat və Humanitar Kollecin məzunlarından 28-i fərqlənmə diplomuna layiq görülüb

Bakı, 15 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə cari tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı Pedaqoji Şuranın iclası keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda kollecin direktoru professor Səhər Orucova cari tədris ilində imtahanların təşkili, yeni tədris ilinə hazırlıq və görüləcək işlər barədə məlumat verib.

Kollecin tədris işləri üzrə direktor müavini İradə Xudiyeva hesabat məruzəsi ilə çıxış edib. O, dərslərin onlayn formatda keçirilməsinə baxmayaraq, tələbələr arasında mənimsəmənin yüksək olduğunu, müəllimlərin müasir tədris metodlarından istifadə edərək bu dərs formasına tez inteqrasiya etdiklərini deyib. Eyni zamanda, kollecdə İmtahan Qərargahının yaradıldığı, qiymətindən narazı qalan tələbələrin müraciətlərinə baxıldığı qeyd edilib.

Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Afaq Malıyeva təhsil müəssisəsinin builki 297 məzunundan 28 nəfərinin kolleci fərqlənmə diplomu ilə bitirdiyini bildirib və kollecdə yay məktəbinin fəaliyyət göstərəcəyini, akademik borcu qalan tələbələrin məktəbə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra kollecin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənovanın hesabatı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.