ELM VƏ TƏHSİL


BDU: Kitabxanaçılıq-informasiya fakültəsində bir sıra ixtisaslar üzrə mütəxəssislər hazırlanır

Bakı, 16 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə tələbə qəbulu aparılır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Fakültə ölkəmizdə kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə mütəxəssislər hazırlayan əsas elm mərkəzidir.

Fakültədə Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabxana resursları və informasiya axtarış sistemləri, Kitabşünaslıq və nəşriyyat işi kafedraları fəaliyyət göstərir. Kafedralarda müxtəlif elmi istiqamətlər üzrə əməkdaşların və gənc tədqiqatçıların iştirakı ilə tədqiqatlar aparılır.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla kitabxana infrastrukturunda, arxiv, muzey, nəşriyyat, mətbəə, qəzet və jurnallar, elektron media qurumları, dövlət və özəl təşkilatların mətbuat xidmətləri və digər sahələrdə çalışa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.