ELM VƏ TƏHSİL


BDU Macarıstan universitetləri ilə əməkdaşlığı genişləndirəcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Macarıstan nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, Macarıstan universitetləri ilə BDU arasında təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edib.

Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov son illər ərzində ali təhsil müəssisəsində görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışıb.

Macarıstanın Bakıdakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə ikinci katibi Mihaly Gruber Qərbi Avropa universitetləri ilə əməkdaşlıq məsələlərindən bəhs edib. O, BDU ilə Macarıstan universitetləri arasında əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər ikitərəfli əməkdaşlığın perspektivləri, ikili diplom layihələri, birgə elmi məqalələrin hazırlanması və qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparıblar.

Görüşdə BDU-nun prorektorları, müvafiq mərkəz və şöbənin rəhbərləri, Lorand Universitetinin Şərqşünaslıq İnstitutunun, Mişkolç Universitetinin, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin, Pecs Universitetinin və Budapeşt Tibbi Baytarlıq Universitetinin təmsilçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.