ELM VƏ TƏHSİL


BDU: Sənaye kimyası elmi-tədqiqat laboratoriyasında tətbiqi xarakterli nəticələr alınıb

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları professor Ülviyyə Həsənova, Mircavid Ağayev, Ələkbər Hüseynzadə, Hacı Vahid Axundzadə və Aygün İsrayılovanın İtaliyanın Pavia Universitetinin, Fransanın Lotaringiya Universitetinin və Tunisin Karfagen Universitetinin əməkdaşları ilə birgə yerinə yetirdikləri elmi tədqiqat işinin nəticələrini əks etdirən məqalə impakt faktorlu “RSC Advances” (IF-3.119) jurnalında dərc edilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, məqalədə mis triflatın iştirakı ilə yeni bioloji aktiv törəmələrin sintezi və tədqiqi haqqında məlumat verilib. Sintez edilmiş birləşmələrin aktivliyi “Acinetobacter baumanii”, “Escherichia coli”, “Pseudomonas aeruginosa”, “Klebsiella pneumoniae” və “Staphylococcus aureus” bakteriyalarına qarşı tədqiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.