ELM VƏ TƏHSİL


BDU Türkiyənin Bilkent Universiteti ilə akademik əməkdaşlıq protokolu imzalayıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Türkiyənin İhsan Doğramacı adına Bilkent Universitetinin rektoru Kürşat Aydoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Görüşdə BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetin beynəlxalq əməkdaşlıq kontekstində qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi əsas prioritetlərdən birini təşkil edir. E.Babayev Bilkent Universitetinin bu sırada öncül yerlərdən birini tutduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin Bilkent Universitetinin qurucusu, türk dünyasının böyük oğlu, professor İhsan Doğramacı ilə dərin dostluq əlaqəsinə diqqət çəkib, İhsan Doğramacının BDU-nun fəxri doktoru olduğunu bildirib. E.Babayev iki universitet arasında qarşılıqlı əlaqələrin xalqlarımızın rifahı və inkişafına xidmət edəcəyinə əmin olduğunu qeyd edib.

Bilkent Universitetinin rektoru Kürşat Aydoğan çıxışında iki universitet arasında əməkdaşlığın daha da gücləndirilməsinin faydalı olacağını diqqətə çatdırıb.

Sonra BDU ilə Bilkent Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanıb. Protokolda təhsil və elm sahələri üzrə birgə tədqiqatların aparılması, akademik heyətin, tələbələrin, təhsil, təlim və tədqiqat məqsədləri üçün müxtəlif kitabların, habelə, dövri və digər nəşrlərin mübadiləsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.