ELM VƏ TƏHSİL
BDU: Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun Tələbə şəhərciyinin ərazisində ağacəkmə aksiyası keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ağacəkmə aksiyasında Vətən müharibəsinin iştirakçısı olmuş qazilər və zabitlər, şəhid valideynləri, Yasamal Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrinin nümayəndələri, Bakı Dövlət Universitetinin rəhbərliyi və tələbələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [16:52]
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
- 20.04.2024 [11:50]
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
- 20.04.2024 [11:38]