ELM VƏ TƏHSİL


BDU “Web of Science” elmi bazasının lider universitet nominasiyası üzrə qalibi olub

Bakı, 5 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) “Web of Science” bazasının jurnallarında ən çox məqalə dərc etdirən lider universitet nominasiyası üzrə qalib olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda buraxılan “Tətbiqi və Hesablama Riyaziyyatı” (”Applied and Computational Mathematics”) jurnalı “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, həmçinin universitetin fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və kimya fakültəsinin dosenti Ataş Qurbanov təbiət elmləri üzrə “Web of Science” elmi bazasının ən məhsuldar müəllif nominasiyası üzrə qalibi olublar.

BDU-nun Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü, professor Nizami Həsənli, ekologiya və torpaqşünaslıq fakültəsinin professoru Kamran Mahmudov isə Azərbaycan diaspora elminin inkişafında xidmətlərinə görə mükafata layiq görülüblər.

Qeyd edək ki, bu gün Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat olub və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.