ELM VƏ TƏHSİL
BDU: “Zəfər yolu” layihəsinin növbəti qonağı Vətən müharibəsi iştirakçısı Rövşən Şəbiyev olub
Bakı, 22 oktyabr, AZƏRTAC
“Zəfər yolu” verilişinin iyirmi birinci buraxılışı təqdim olunub.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, layihənin iyirmi birinci verilişində Vətən müharibəsi iştirakçısı Rövşən Şəbiyev keçdiyi döyüş yolundan bəhs edir.
Xatırladaq ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsi həyata keçirilir.
8 Noyabr - Zəfər Gününə qədər davam edəcək layihə çərçivəsində hazırlanan proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.