ELM VƏ TƏHSİL


BDU aliminin həmmüəllifliyi ilə yaradılan biopolimer qidaları uzun müddət xarab olmadan saxlayır

Bakı, 6 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, inkişaf və innovasiyalar üzrə mükəmməllik mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Salvia mirzayanii bitkisinin toxumlarının qətranından ekstrasiya olunmuş selik əsasında sink oksidi nanohissəcikləri əlavə olunmaqla yeni polimer maddənin hazırlanması və struktur xarakteristikası” (Development and structural characterization of novel biomaterial polymeric flms based on the mucilage extracted from Salvia mirzayanii seed gum incorporated with zinc oxide nanoparticles” adlı məqalə “Web of Sience” bazasında indekslənən (IF- 2.431 olan ) “Journal of Food Measurement and Characterization” (2022-ci il) jurnalında çap olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Məqalədə təqdim olunan işin əsas məqsədi Saliva mirzayanii bitkisinin toxumlarından alınmış karbohidratlı selikdən sink oksidi nanohissəcikləri əlavə olunmaqla qablaşdırma biomaterialın (biopolimerin) alınması olub. Alınan biopolimer maddəsinin tərkibinin 82.26 faizi ətraf mühitdə asan parçalana bilən karbohidratdan (polisaxariddən) ibarətdir. Sink oksidi nanohissəciklərinin əlavə olunması polimerə möhkəmlik verib, onun su keçiriciliyini aşağı salıb. Ən əsası, nanohissəciklər polimerə antibakterial və antifunqal aktivlik verib. Belə təbii biomaterialdan hazırlanmış qablaşdırıcı və ya bükücü vasitədə çörəyi və digər qida məhsullarını uzun müddət xarab olmadan saxlamağın mümkünlüyü göstərilib. Hazırlanmış qablaşdırıcı (və ya bükücü) materialın yeyinti sənayesində tətbiq olunması tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.