ELM VƏ TƏHSİL


BDU alimlərinin sintez etdiyi metal əsaslı nanohissəciklər tibdə və kənd təsərrüfatında tətbiq olunacaq

Bakı, 30 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və molekulyar biologiya kafedrasının və Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları metal əsaslı nanohissəciklərin antibakterial, antiviral, anormal maqnit, bitkilərdə stressorlara davamlılıq və stimullaşdırıcı xüsusiyyətlərini müəyyənləşdiriblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd edilib ki, bu məqsədlə bir sıra metal əsaslı nanohissəciklər (Ag, Au, Fe (II), Fe (III), ZnO, TiO2 və s.) bioloji üsullarla (bitkilərin müxtəlif orqanlarından alınan ekstraktlar və homogenatlar vasitəsilə) sintez edilib. Gümüş nanohissəciklərinin antiseptik və antiviral effektləri ətraflı öyrənilib, onların bioloji sintez yolu ilə alınmış toksik olmayan formalarının dərman daşıyıcıları və antiseptik tibbi materialların hazırlanmasında istifadəsi imkanları araşdırılıb. Nanohissəciklərdən bitkilərin inkişafının stimullaşdırılmasında və duza davamlılığının artırılmasında effektiv istifadə edilməsi üçün eksperimental metodlar işlənib hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.