ELM VƏ TƏHSİL
BDU beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 9 aprel, AZƏRTAC
Pakistanın İqra Milli Universitetinin rektoru Obaid-ur-Rəhmanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev universitetin təhsil, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələrindən danışaraq görüşün əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb.
Rektor Obaid-ur-Rəhman 2000-ci ildə Pakistan Mühəndislik Şurası və Ali Təhsil Komissiyası tərəfindən əsası qoyulmuş İqra Milli Universitetində kompüter elmləri, tibb, menecment, dizayn sahələri üzrə mütəxəssis hazırlığı haqqında məlumat verib və BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə, tələbə-müəllim mübadiləsi, birgə əməkdaşlıq kimi məsələlər müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]