ELM VƏ TƏHSİL


BDU-da 4D tomoqrafiyası mövzusunda elmi seminar

Bakı, 1 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda institutun Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Vidadi Bagıyev “Femtokimya və 4D-tomoqrafiyası" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi 4D-elektron tomoqrafiyasının yaranması və texniki şərtləri haqqında məlumat verərək, bu texnologiyanın femtosaniyə zaman miqyasında nanoölçülü obyektlərdə baş verən dəyişiklikləri üçölçülü, həcm (3D) və zamandan asılı olaraq müşahidə etmək, mikroaləmdə obyektlər və proseslər haqda 4D tomoqrafik film çəkmək imkanı olduğundan bəhs edib. Adıçəkilən istiqamətin perspektiv tətbiq sahələri kimi kimya, o cümlədən dinamik femtokimya - atom və molekul səviyyəsində kimyəvi reaksiyaların getməsini femtosaniyə miqyasında müşahidə və mənimsənilməsinin yolları göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.