ELM VƏ TƏHSİL


BDU-da 5068 bakalavr imtahan verib

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 27-də ümumilikdə 229 qrupda 5068 bakalavr imtahan verib. Universitetin Qazax filialında isə 21 qrup üzrə 383 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 68 ixtisaslaşmada 50 fənn üzrə 247 magistrant imtahan verib.

BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirilib. İmtahanlar "Microsoft Teams" platforması üzərindən təşkil edilib. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.