ELM VƏ TƏHSİL


BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxana və Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında kitablar, əsərlərinin toplandığı və eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur. 80-ə yaxın kitabın nümayiş olunduğu sərgidə, həmçinin Aşıq Ələsgər nəslinin nümayəndəsi, söz ustadının nəticəsi Xətai Ələsgərli tərəfindən Elmi Kitabxanaya hədiyyə edilən kitablar yer alıb.

Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq BDU-da tədbirlər planı hazırlanıb və bu istiqamətdə müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.