ELM VƏ TƏHSİL


BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektor vəzifəsini icra edən, professor İradə Əliyeva mərkəzin 10 illik yubileyi ilə əlaqədar yeni texniki avadanlıqla təmin olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2008-ci ildə Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin yardımı ilə açılan mərkəz ötən 10 il ərzində tələbə və müəllimlərin İKT sahəsində bilik səviyyələrinin artırılması, elmi işlərə aid hesablamaların yerinə yetirilməsi kimi istiqamətlərdə uğurla fəaliyyət göstərib, universitet əməkdaşlarının Koreyanın müxtəlif ali təhsil müəssisələrində keçirilən konfrans, seminar və treninqlərdə iştirakını təmin edib.

Sonra tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev, Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin icraçı direktoru Conqpil Park çıxış ediblər. Onlar mərkəzin həyata keçirdiyi işlər barədə danışıb, o cümlədən bundan sonra da xarici və daxili rəqəmsal sistemlərin hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini vurğulayıblar.

Tədbir çərçivəsində Milli İnformasiya Agentliyi haqqında qısa videoçarx təqdim edilib. Qonaqlar Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.