ELM VƏ TƏHSİL


BDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilən tədbir

Bakı, 17 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə BDU-nun Tarix fakültəsinin dekan müavini, dosent Bəxtiyar Nəbiyev bu günün qeyd olunmasının tarixi barədə məlumat verib, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin mühafizəsindən, regional və beynəlxalq çərçivədə təbliğindən bəhs edib.

Tarix fakültəsinin dekanı vəzifəsini icra edən İbrahim Zeynalov son illər Azərbaycanda tarixi abidələrin bərpası və mühafizəsi üçün həyata keçirilən layihələrdən, abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkə daxilində və xaricdə görülən işləri vurğulayıb.

Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix elmləri doktoru Tarix Dostiyev məruzə ilə çıxış edərək ölkəmizdə yaşı əsrlərlə və minilliklərlə ölçülən tarixi abidələrimiz, Azıx mağarasından tapılmış alt çənə sümüyü, habelə Qobustan, Tağlar, Damcılı qədim yaşayış məskənlərinin olmasını təsdiqləyən elementlər haqqında məlumat verib.

Sonda çıxış edən BDU-nun tarixi muzeyinin əməkdaşı Arzu Əkbərova BDU-nun nəzdində fəaliyyət göstərən muzeylərdə saxlanılar tarixi eksponatlardan danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.