ELM VƏ TƏHSİL


BDU-da “Gələcəyin alimləri” mövzusunda Respublika elmi konfransı keçirilib

Bakı, 3 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Gələcəyin alimləri” mövzusunda tələbələrin VI Respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 2015-ci ildən başlayaraq keçirilən konfransın əsas məqsədi tələbələri elmi araşdırmalara təşviq etməkdir. Konfransın moderatoru Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Arif Orucov daxil olmuş məruzələr və bölmə iclasları barədə məlumat verib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev konfransın təşkili, tədqiqat mövzularının seçilməsi və digər məsələlərlə bağlı fikirlərini bildirib və belə konfransların keçirilməsində müasir yanaşmaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb.

Ümumilikdə 97 iştirakçının qatıldığı konfransın plenar iclasında Fizika fakültəsinin 4-cü kurs tələbəsi Hüseyn Məmmədov “Neylon və strukturlaşdırılmış silikon əsasında triboelektrik generatorlar”, 3-cü kurs tələbəsi Aytac Suleymanlı “Oksigen atomunun atom orbitalları” və 2-ci kurs tələbəsi Əli Məmmədov “Zəif elektrik siqnallarının xarakterinin və dəyişmə qanunlarının öyrənilməsi” mövzularında məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.