ELM VƏ TƏHSİL


BDU-da “Gələcəyin mühəndisi” müsabiqəsinin iştirakçılarının əl işləri sərgilənib

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin 100 illik yubileyinə həsr olunmuş astrofestival keçirilib.

AZƏRTAC xəbər verir ki, BDU, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə müsabiqə iştirakçılarının düzəltdiyi kosmik gəmi və raket maketləri, kosmik geyimlər və planetlərlə bağlı fotolar nümayiş olunub. Sərgidə ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdlərinin BDU-nun 100 illiyi münasibətilə hazırladığı 100 əl işi təqdim edilib. Müsabiqənin keçirilməsində və sərgidə işlərin təqdim olunmasında əsas məqsəd məktəblilərin astronomik biliklərinin əhatəsinin genişləndirilməsi, onların kosmik sənayeyə marağının artırılması, şagirdlər arasında kosmik mühəndisliyin təbliğidir.

Həvəskar astronomların teleskoplarının da nümayiş etdirildiyi festival iştirakçıların böyük marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.