ELM VƏ TƏHSİL


BDU-da “Gənc tədqiqatçılara dəstək” layihəsi çərçivəsində növbəti seminar

Elmi araşdırmaların “Web of Science” bazasındakı jurnallarda çapı və bu prosesdə qarşıya çıxan problemlərdən bəhs olunub

 

Bakı, 8 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin Magistratura və doktorantura şöbəsi tərəfindən “Gənc tədqiqatçılara dəstək” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

“Elmi araşdırmalar və onların nəticələrinin beynəlxalq elmi verilənlər bazalarında təmsili” mövzusunda təşkil olunan seminarda BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri professor Arif Səlimov məruzə edib.

Məruzədə elmi araşdırmaların “Web of Science” elmi bazasındakı jurnallarda çapı və bu prosesdə qarşıya çıxan problemlərdən bəhs olunub. Qeyd edilib ki, gənc tədqiqatçıların elmi nəticələrinin bu jurnallarda çap olunmağa təşviqi məqsədəuyğundur.

Seminar iştirakçıları “Web of Science” bazasındakı istinadlar, təsir əmsalı, H-indeks və Publons rəyləri ilə bağlı məlumatlandırılıb. Son bir ildə “Web of Science”da yeni “Journal Citation Indicator” sisteminin tətbiq olunması haqqında danışılıb, onun təsir əmsalı ilə əlaqəsi verilib. Qeyd olunub ki, Azərbaycandan “Web of Science” bazasına hazırda 8 jurnal daxildir.

Magistratura və doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov gənc alimlər üçün faydalı olan seminarın davamlı keçiriləcəyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.