ELM VƏ TƏHSİL


BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır

Bakı, 17 iyul, AZƏRTAC

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru Elçin Babayev universitetin yeni inkişaf strategiyası, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələri və yaxın gələcək üçün planları haqqında danışıb.

Səfir Zoltan Hernyes Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi, bu istiqamətdə görülən işlər və jurnalistika ilə bağlı çap edilən vəsaitlər barədə məlumat verib.

Səfir layihə çərçivəsində hazırlanmış “Gender bərabərliyi və media azadlığı” kursu üzrə kurikulumu rektora təqdim edib, proqramın hazırlanmasında jurnalistika və hüquq fakültələrinin müəllimlərinin iştirakına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Bu kurs üzrə proqramın Avropa Şurası ölkələrində ilk dəfə keçirildiyini vurğulayan Zoltan Hernyes gələcəkdə bu təcrübədən digər ölkələrdə də istifadə olunacağını qeyd edib.

Rektor Elçin Babayev gender bərabərliyinin təşviqində medianın rolunun əvəzsiz olduğunu bildirib və bu istiqamətdə yeni düşüncə tərzinə malik jurnalistlərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra “Gender bərabərliyi və media azadlığı” fənninin jurnalistika fakültəsinin tədris planına salınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının “Gender bərabərliyi və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova və BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.