ELM VƏ TƏHSİL


BDU-da Hüquq Müzakirə Forumu keçirilib

Bakı, 14 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində növbəti Hüquq Müzakirə Forumu keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq məsləhətçisi, BDU-nun Korporativ hüquq və idarəetmə fənni üzrə müəllimi Fərahim Hüseynzadə “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda çirkli pulların yuyulması (PL), terrorçuluğun maliyyələşdirilməsi (TM), kütləvi qırğın silahları anlayışı və sözügedən anlayışların hüquqi sənədlərdə təsbiti, eləcə də beynəlxalq səviyyədə maliyyə cinayətləri ilə mübarizə tədbirləri, maliyyə institutlarının PL/TM mübarizə sahəsində rolu və risk əsaslı yanaşmanın tətbiqinə dair mövzular barədə geniş məlumat verilib.

Forumda eyniləşdirmə tədbirlərinin həyata keçirilməsinə və şübhəli əməliyyatların maliyyə institutları tərəfindən bildirilməsinə dair yerli və beynəlxalq hüquq normalarının tətbiqi imkanları ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.