ELM VƏ TƏHSİL


BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin qiymətləndirilmə mərhələsi keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc mühəndislər” layihəsi üzrə işlənilmə və qiymətləndirilmə mərhələsi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi Pərviz Müseyibli çıxışlarında gənclərin elmi-texniki bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlər barədə məlumat verib, komandalara uğurlar arzulayıblar.

Sonra layihə rəhbəri Orxan Güləhmədov tədbir iştirakçılarına keçirilən təlimlər haqqında danışıb, qaliblərin seçilməsi prinsiplərini izah edib. Komandaların hər birinə “Görmə və eşitmə əngəlli insanların həyatını asanlaşdıracaq cihazın hazırlanması” adlı layihə üçün prototipin hazırlanması tapşırılıb. Layihə ekspertlər tərəfindən qiymətləndirilib.

Qaliblərin mükafatlandırılması və layihənin bağlanış mərasimi fevralın 13-də BDU-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.