ELM VƏ TƏHSİL


BDU-da Konstitusiya Günü qeyd edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor Elçin Babayev ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini diqqətə çatdırıb.

Sonra rektor Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsinin başlandığını vurğulayıb. Bu sənədin ölkədə insan və vətəndaş hüquq azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini qoyduğunu, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib.

Əli Hüseynli bu ali qanunun yaradılmasında Bakı Dövlət Universitetinin elm xadimlərinin də müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev beynəlxalq təşkilatların Azərbaycan Konstitusiyasına yüksək münasibətindən bəhs edib, ali sənədin qəbulundan sonra ölkəmizin kifayət qədər beynəlxalq müqavilələrin iştirakçısı, beynəlxalq təşkilatların üzvü olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.