BDU-da Novruz bayramı münasibətilə ədəbi-bədii proqram təqdim olunub
AzerTAg.az
Bakı, 18 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı Novruz bayramına həsr olunmuş tədbir keçirib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Novruzun həyatın yenilənməsi, dirçəlişin rəmzi olduğunu qeyd edib. Vurğulanıb ki, Novruz bayramı xalqımızın şüurunda bolluq və bərəkətin, xeyirxahlığın təcəssümü kimi kök salıb. Bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir.
BDU-nun Filologiya fakültəsinin dosenti Məhəmməd Məmmədov Novruz bayramının qədim ənənələrindən, özünəməxsus xüsusiyyətlərindən söz açıb. O bildirib ki, Novruz zəngin adət-ənənələrin, tarixi köklərin, milli-mənəvi dəyərlərin ifadəsi olan bayramdır. Xalqımız bu bayramı böyük həvəslə qeyd edir. Bu bayram özündə ancaq baharın gəlişini deyil, həm də humanizmi, gələcəyə inamı ehtiva edir.
Bahar təbiətə nur, ürəklərə sevinc, fərəh bəxş edir.
Sonra bayram münasibətilə ədəbi-bədii proqram təqdim olunub.



Xəbərin mətnində orfoqrafik səhv var