ELM VƏ TƏHSİL


BDU-da “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” mövzusunda ustad dərsi

Bakı, 13 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” mövzusunda onlayn ustad dərsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsinin məruzəçisi Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı üzərində çalışdığı elmi-tədqiqat işindən bəhs edib.

Məruzəçi dünyada ən geniş yayılmış Quran qiraətlərinin (Asimdən edilən Həfs rəvayəti və Nafedən edilən Vərş rəvayəti) fonetik, leksik-qrammatik, qiraət fərqlərinin müqayisəli təhlilini aparıb, ən mübahisəli mövzu olan həmzə samiti ilə bağlı fonetik fərqləri incələyib.

Qeyd edib ki, tədqiqat işi Azərbaycanda az işlənmiş ərəb fonetikasının öyrənilməsində xüsusi əhəmiyyətə malikdir.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.